Çərşənbə , Aprel 22 2026
azfa

Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvarın 30-da Təbrizdə bir qrup təqaüdçü yenidən etiraz aksiyası keçirib.

Təqaüdçülər bu ayda üçüncü dəfə yenidən Şərqi Azərbaycan əyalətində Sosial Təminat İdarəsinin qarşısına toplaşıblar .

Etirazçılar bundan öncə davamlı səsləndirdikləri “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa” s. şüarlarını səsləndiriblər.

Bu, yanvar ayında təbrizli təqaüdçülərin keçirdiyi üçüncü aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16 və 23-də etiraz aksiyası keçiriblər.

Etiraz edən təqaüdçülər təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etiraz ediblər. Onlar həmçinin sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …