Cümə , Yanvar 21 2022
azfa

Təbrizdə Urmiya gölü ilə bağlı aksiyalar davam edir: “Bizi çağırır səsini eşidirsən deyir: susuzam”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəalların Urmiya gölünün qurudulmasına qarşı aksiyaları yeni posterlərlə davam edir.

Təbrizdə azərbaycanlı mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində üzərində Urmiya gölü ilə bağlı şuarlar yazılmış posterlər yapışdırmaqla Urmiya gölünün qurudulmasına, gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.

Azərbaycanlı fəallar həmçinin Təbrizin piyada keçidlərinin birində üzərində türkcə “Bizi çağırır səsini eşidirsən deyir: susuzam” şüarı yazılmış plakat asıblar.

Beləliklə, azərbaycanlı fəallar davamlı olaraq Urmiya gölünün qurudulmasına etirazlarını bildirib və gölün bərpa edilməsini istəyiblər.

Qeyd etmək lazımdır ki, İran rejiminin qərəzli və düçmən münasibəti ilə gölə axıdılan çayların qarşısında sədlər çəkilib və nəticədə göl quruyub.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …