Çərşənbə , Aprel 15 2026
azfa

Təzyiqlər üzündən Urmiya 90 komandasının baş məşqçisi Vəhid Bəyatlu komandadan ayrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbayacana təyin etdiyi qeyri-yerli və Antiazazərbaycan valinin təzyiqləri üzündən  Urmiya 90 komandasının baş məşqçisi Vəhid Bəyatlu komandadan ayrıldı. Maliyyə sıxıntılarına baxmayaraq İran çempionatının I dəstəsinin yarışlarında komandasına uğur qazandıran baş məşqçi sonda klubun imkansızlığı nəticəsində komandadan ayrılmağa məcbur oldu.

Artıq Vəhid Bəyatlunun Güney Azərbaycanın Savə şəhərinin “Xoşe Təlayi” klubu ilə müqavilə imzaladığı bildirilir.

Vəhid Bəyatlu ötən ildən bəri “Urmiya 90” komandasını çalışdırır. O Möhsün Aşurinin yerinə təyin olunmuşdur. O komandanın himayə edilməməsini komandadan ayrılmağının səbəbi kimi qeyd edib.

Hal-hazırda 32 xala malik olan “Urmiya 90” bir xal fərqi ilə turnir cədvəlinə liderlik edən komandanı izləyir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın