Bazar , Oktyabr 18 2026
azfa

Təbriz etirazlarla bağlı yaxalanan 4 azərbaycanlı kinematoqrafçıdan heç bir məlumat əldə etmək mümkün olmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının Təbriz etirazlarla bağlı yaxaladığı 4 azərbaycanlı kinematoqrafçıdan heç bir məlumat əldə etmək mümkün olmur.

Azərbaycanlı kinematoqrafçılar Əhəd Əfsər, Babək Fərəhməndi, Saman Abdullahi və Məhəmməd Siyaməkniya İranın ETTELAAT məmurları tərəfindən yaxalanıblar.

Yaxalanandan 10 gündən çox vaxt keçməsinə baxmayaraq, Təbriz etirazlarında həbs olunan 4 azərbaycanlı kinematoqrafçının vəziyyəti barədə xəbər verilmir.

Həmin şəxslərin ailə üzvlərinin müraciələrinə baxmayaraq əlaqədar dövlət qurumları onların barəsində məlumat verməkdən boyun qaçırır. Bu isə fəalların ailələrinin ciddi nigaranlığına səbəb olub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …