Cümə axşamı , Yanvar 9 2025
azfa

Təbriz və Ərdəbildə buraxılış imtahanlarında Təhsil Nazirliyi tərəfindən təhlükəsizlik anketi paylanılıb

GADTB: Anketdə “Özünüzü bir millətin üzvü hesab edirsiniz?”, “Yenidən doğulsaydınız, eyni etnik mədəniyyətə sahib olmaq istərdiniz?”, “Evdə çox vaxt ana dilinizdə danışırsınız?”, “Etnik mədəniyyətinizlə fəxr edirsiniz?”, “Yerli dilinizi öyrənməyə çalışırsınız?”, “Doğulduğunuz bölgənin qəsdən inkişafdan geri saxlandığını düşünürsünüz?” kimi suallara şagirdlərin cavab verməyi tələb olunub.

Həmin anket Güney azərbaycanlı şagirdlərin fikrini öyrənmək üçün təxribat məqsədi ilə hazırlanıb. Təbii ki, burada hökumət qüvvələrinin məqsədi türk dilini və mədəniyyətini yüksəltmək deyil, əksinə Azərbaycan türk xalqlarının assimilyasiyası və mədəni soyqırımı siyasətini genişləndirmək üçün həyata keçirdiyi addımdır./ Azad İran

Həmçinin yoxlayın

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb

GADTB: Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar etmişdir. …

İran Suriyadan çıxacaq kürd terrorçuları İranqda türkmənlərin yerinə yerləşdirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı Suriyadan çıxaracağı Qəndil heyətini İraqdakı …