Çərşənbə , May 6 2026
azfa

Molla rejimi Zənganda türk festivalının keçirilməsinə icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimin İslam Mədəniyyəti və İrşad Nazirliyi ilk türk ənənə və klassik festivalını ləğv edib.

Tədbirin keçirilməsinə 4 gün qalmış İranın ETTELAAT və panfarsist qurumların təzyiqi ilə festival ləğv olunub.  

“Ölkədə Türk Dillilərinin İlk Ənənə və Adətləri Festivalı” adlandırılmış tədbirin iyulun 3-dən 6-dək Əmir Sahaminin katibliyi ilə Güney Azərbaycanın Zəngan şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

Festivalda 11 teatr tamaşasının və 10 aşıq musiqisi əsərinin iştirakı planlaşdırılmışdı.

“Katibliyinə göndərilmiş 40 əsərdən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəngan və Quzey Xorasan əyalətlərindən olmaqla 11 teatr tamaşası festivala vəsiqə qazanıb.

Əsərlər 2 ifada “Ağ Qoyun, Qara Qoyun”, “Təkəm”, “Üz Yığma”, “Su dəbləri” anlamında olan “Ayin Ab”, “Saray”, “Kosa və Keçəl”, “Koroğlu və Cəfər Paşa”, “Təkəmçi Məhəmməd”, “Yenə yarpaqları tökülür” və “Garaylı” tamaşalarından ibarətdir”-Əmir Sahami İranın IRNA dövlət xəbər agentliyi ilə iyunun 5-də müsahibəsində bildirib.

Festivala vəsiqə qazanmış qruplardan birinin rəhbəri tədbirin ləğvnə etiraz edib.

O, bununla bağlı paylaşdığı videoda deyib:

“Festivala dəstək verəcəklərini vəd etmiş Zəngan əyaləti İslami Mədəniyyət və İrşad Baş İdarəsi və digər qurumlar açılışa 4 gün qalmış bizə dedilər ki, festivala büdcə ayrılmayıb, ləğv edin.

Halbuki bütün hazırlıqlar görülmüş və hotellər rezerv olunmuşdu.

Festivala vəsiqə qazanmış 11 teatr tamaşası qrupları sizin üçün oyuncaq deyil ki, “büdcə yoxdur” bahanəsi ilə ləğv edəsiniz. Başqa işlərə və korrupsiyaya büdcəniz var, lakin türklərin ənənə və adətlər festivalına büdcəniz yoxdur?!

Türkcə ənənə və adətlərini vətəndaşlara tanıtdıra bilən ilk türkcə festivalı ləğv etdiklərinə görə Zənganın İrşad İdarəsinin baş direktorundan və digər müdaxilə edənlərdən cavab vermələrini tələb edirəm” -deyə, qrupun başçısı paylaşdığı videoda bildirib.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …