Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə azərbaycanlı fəal Ayət Mehrəlibəyli həbs edildi

GADTB: Azərbaycanlı fəal Ayət Mehrəlibəyli bu gün, 15 dey 1404-cü il tarixində Təbriz şəhərində molla rejimin qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Onun saxlanıldığı yer və hazırkı durumu ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumata görə, Ayət Mehrəlibəylinin qardaşı bu barədə şəxsi Instagram səhifəsində məlumat yayıb. Lakin xəbərin hazırlandığı vaxta qədər bu azərbaycanlı fəalın saxlanılma səbəbləri və haraya aparıldığı barədə əlavə detallar əldə olunmayıb.

Qeyd edək ki, Ayət Mehrəlibəyli daha əvvəl siyasi fəaliyyəti ilə əlaqədar olaraq Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən, hakim Rza Əbdinin sədrliyi ilə “qrup yaratma” ittihamı üzrə 6 il 2 ay, “toplaşma və əlbirlik” ittihamı üzrə isə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …