Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə işçilər ikinci dəfə olaraq etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizin “İran-Maye” şirkətinin işçiləri son bir həftədə ikinci dəfə olaraq etiraz aksiyası keçiriblər.

İşçilər onlara ödənilməli olan təzminat və digər ödənişlərin verilməməsindən narazılıqlarını bildiriblər.

Həmin şirkətin etiraz edən işçiləri bundan öncə 2021-ci ilin mart ayından şirkətin fəaliyyətinin qeyri-müəyyən vəziyyətə düşməsindən sonra onlara verilməli olan 6 aylıq təzminatın bu gün kimi ödənilmədiyini bildirirlər.

İşçilər məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini, lakin bunun ölkənin əmək və işçilərlə bağlı qanunlarına zidd olmasına baxmayaraq şirkət rəhbərliyinin xeyrinə qərar çıxarıldığını deyirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …