GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə yanğınsöndürənlər tətil edərək işi dayandırıblar.
Şəhərin yanğınsöndürənləri beləliklə etiraz aksiyasına qoşulublar.
İşçilər bildirirlər ki, aylıq əməkhaqqı onları qane etmir: “Yanğın söndürürük, özümüzü təhlükəyə atırıq, amma aldığımız məvacib qəpik-quruşdur. Hökümət bizi eşitsin, istəyimizi yerinə yetirsin”.