GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Yeniggün-Novruz bayramında Təbriz şəhərində İranda mövcud ayrı-seçkilik, o cümlədən ekoloji böhranla bağlı şüarlar yazılmış yüzlərlə etiraz vərəqələri yapışdırıblar.
Azərbaycanlı fəalların geniş şəkildə şşəhərin ictimai yerlərində divarlara yapışdırdığı vərəqələrdə yazılıb:
“İran coğrafiyası = ayrı-seçkilik coğrasiyası”;
“Urmu gölünün quruması”;
“Hur əl-Əzim bataqlığının quruması”; “Yüz illik bəluç əzabları”;
“Qeyri-fars millətlərini xilas etməyin yeganə yolu istiqlaldır!”;
“İnsanlara azadlıq, millətlərə istiqlal!”;
“Azadlıq, Ədalət, Milli Hökumət!”.