Cümə axşamı , Oktyabr 15 2026
azfa

Bir qrup azərbaycanlı fəal yenicə zaminə buraxılan Səid Minai ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Bünab, Məlikan və Qoşaçay şəhərlərindən olan bir qrup milli fəal yenicə zaminə buraxılan milli fəal Səid Minai ilə görüşüb.

Güney Azərbaycanın Binab şəhərindən olan Səid Minai fevralın 6-da rejimin ETTELAAT məmurları tərəfindən həbs edilib.

Təbrizin təhlükəsizlik təcridxanasından dindirilən azərbaycanlı milli fəal fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

Qeyd edək ki, Səid Minai Azərbaycan türkcəsi və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə, bundan öncə də bir neçə dəfə həbs edilmişdi.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …