GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz bazarı zərgərləri dünən bazar günü, şəhərin müxtəlif bazar və pasajlarında, o cümlədən Əmir bazarı, Əmir bazarının arxası, Əmir Kəbir pasajı, Məhəmmədi pasajı, Əmir Hüseyn pasajı və… yeni vergi qanunu və dükanlarında vergi terminallarının quraşdırılmasına etiraz olaraq tətil aksiyası keçiriblər.
Qızıl əməliyyatlarına 25% verginin tutulması xəbərinin yayıldığı günlərdə bu məslə tacirləri narahat edir. Bu aksiya Vergi İşləri Təşkilatının qızıl, zinət əşyaları və platin artefaktlarının satışı ilə bağlı elektron qaimə-fakturaların verilməsi zərurəti ilə bağlı son bildirişindən sonra baş verib.