GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təbrizli məşhur alpnist Əzim Qeyçisaz 2018-ci il Qış Olimpiya Oyunlarının məşəl daşıyıcısı seçilib. Bu barədə Şərqi Azərbaycan vilayətinin İdman və Gənclər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsindən açıqlama veriblər.
Məlumata görə, Güney Azərbaycanlı alpinist Əzim Qeyçisaz 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlini gəzdirəcək. Məşəl Phençhana çatandan sonra 101 gün müddətinə 7500 nəfər tərəfindən müxtəlif şəhərlərə daşınacaq.
Qeyd edək ki, dünyaşöhrətli təbrizli alpinist Əzim Qeyçisaz Himalay dağlarının 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth edib.