Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycan Araz kənarı ərazisini azad etdikdən sonra İranın oyunbazlığı bitmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Araz kənarı ərazilərini erməni işğalından azad etdikdən sonra İranın Araz kənarında oyunbazlığı bitmir.

Daim erməniləri dəstəkləyən İran rjimi indi də Xudafərin körpüsü yaxınlığında Xomeyninin posteri və çox sayda İran bayraqları asıb.

Posterin ölçüsü o qədər böyükdür ki, Xomeyninin şəkli Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.

Qarabağın işğaldan azad edilməsi və Araz çayının şimalının Azərbaycan dövləti tərəfindən geri alınmasından sonra İran hökuməti təşvişə düşüb və hətta sərhədə nəzarəti ciddi şəkildə gücləndirib.

Bundan öncə isə İran rejimi Araz çayının güney sahilində çoxlu sayda İran bayrağı quraşdırıb.

Posterin məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırıldığı görünür. Çünki İran rejimi həmin ərazilər erməni işğalında olan heç bir oyunbazlıq etmirdi və yalnız Azərbaycan öz ərazilərini azad etdikdən sonra belə oyunbazlıqlara başlayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …