Cümə axşamı , Mart 13 2025
azfa

Tanınmış azərbaycanlı aşıq vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda tanınmış azərbaycanlı musiqi ustadı və aşıq Məcid İbrahimzadə dünyasını dəyişib.

Ağciyər xəstəliyindən əziyyət çəkən ustad musiqiçi dünən 78 yaşında Təbriz şəhərində vəfat edib.

Əjdər əmi adı ilə məşhur olan sənətkar 1942-ci ildə Güney Azərbaycanın Heris bölgəsində dünyaya göz açıb. Lakin sonralar ailəsi ilə birlikdə Təbrizə köçmüşdür.

Mübariz aşıq Azərbaycan ziyalıları, milli-mədəni fəallar və tələbə hərəkatı fəalları arasında tanınmış simalardan olub.

Mərhum Məcid İbrahimzadə türk dili, mədəniyyəti və musiqisinin inkişafında böyük xidmətləri olan azərbaycanlı sənətçilərdəndir.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəalı Kərim İsmayılzadə Təbriz zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərabycanlı milli fəal Kərim İsmayılzadəni …

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məmurların zorakılığına görə tibbi xidmətdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  zəruri müalicəyə və MRT üçün ehtiyacı olan vəkil …

Bir cavab yazın