Bazar , Oktyabr 18 2026
azfa

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələməsi fonunda AB və Türkiyəni münasibətlərini yaxşılaşdırmağa çağırıb.

Bu barədə “Faynənşl Tyams” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbəyə görə, NATO-nun Baş katibi Mark Rutte özəl olaraq AB liderlərini illərlə davam edən gərgin münasibətlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə səsləyib:

“Bu, Brüsselin Avropanın müdafiə imkanlarının əsaslı şəkildə genişləndirilməsi çərçivəsində Türkiyə və AB üzvü olmayan digər qonşularla əməkdaşlığı genişləndirmək yollarını araşdırdığı vaxta təsadüf edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya dəstək və daha geniş müdafiə məsələlərini müzakirə etmək üçün bu ayın əvvəlində Avropanın yüksək hərbi güclərinin Londonda keçirilən toplantısında iştirak edib”.

Mənbə vurğulayıb ki, bu addım Ruttenin fevral ayında AB liderləri ilə özəl şam yeməyində çıxışından sonra atılıb:

“Burada o, Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı və orada iştirak edənləri Ankara ilə əlaqə saxlamağa çağırdı”.

Eyni zamanda o, əlavə edib ki, Ankara Rusiya ilə bağlı qeyri-müəyyənliyini həll etməli olacaq.

Xatırladaq ki, Türkiyə AB və digər Qərb müttəfiqlərinin Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq Moskvaya birbaşa sanksiyalar tətbiqinə qoşulmayıb və Rusiya ilə güclü iqtisadi və enerji əlaqələrini qoruyub saxlayıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …