Şənbə , Mart 15 2025
azfa

Tanınmış fəal Abbas Lisani aclıq aksiyasının 15-ci günündə mühakimə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2019-cu il iyunun 10-da tanınmış azərbaycanlı fəal Abbas Lisani aclıq aksiyasının 15-ci günündə rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsində mühakimə olunub.

Azərbaycanlı fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli ETTELAAT İdarəsi məmurlarının əhatəsində əllləri-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında fəalın vəkili Fəqihi də iştirak edib. Məhkəmə iclası 4 saatdan çox davam edib.

Məlumata görə, fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir. O təxminən 20-25 kq arası çəki itirib.

Abbas Lisani məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülmüşdü.

Azərbaycanlı fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Həmçinin yoxlayın

G7-dən İrana xəbərdarlıq: İran heç vaxt nüvə silahı əldə etməməlidir

GADTB: Dünən Kanadada keçirilən görüşdə “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirləri İranın heç vaxt …

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək

GADTB: Bu il Türk Dövlətləri Təşkilatı Milli Təhlükəsizlik Şurası sədrlərinin dördüncü iclası və müdafiə nazirlərinin …

Bir cavab yazın