Bazar , Noyabr 15 2026
azfa

Ted Kruz: “İranlı etirazçılar silahlandırılmalıdır”

ABŞ senatoru  İrandakı etirazlarla bağlı bildirib ki, böhranın ilk günlərindən etirazçıların silahlandırılmasını müdafiə edir.

Kruz deyib: “Mən böhranın başlanğıcından vurğulamışam ki, iranlı etirazçılar silahlandırılmalıdır. İslam diktaturası və məcburi şəriət hakimiyyəti altında yaşayan milyonlarla etirazçı azadlıq istəyir”.

ABŞ senatorunun sözlərinə görə, insanların avtomat silahlarla təchiz olunmuş bir rejim qarşısında daşla dayanmasını gözləmək ədalətli deyil.

O əlavə edib: “Əgər etirazçılar silahlandırılsa, iranlılar ABŞ əsgərlərinin meydana daxil olmasına ehtiyac qalmadan öz gələcəklərini özləri müəyyən edə bilərlər”./ Azad İran

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …