Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata keçirmək ehtimalını hələ də gündəmdə saxlayır.

İsrailin 13-cü kanalı CNN-in ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keynin İranla müharibəyə son qoymağın yollarını axtardığı barədə məlumatından sonra İsraildə İran rejiminə qarşı mümkün «müstəqil hərbi əməliyyat» üçün hazırlıqların davam etdiyini bildirib.

Məlumata görə, ABŞ rəsmiləri həftənin sonunadək razılaşmanın əldə olunduğunu elan etməyə ümid edirdilər, lakin hazırda Tehran tərəfindən cavab gözləyirlər.

Məlumatda ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sözlərinə də istinad edilir: «İran rejimi də müharibənin başa çatmasını istəyir, lakin sual bundan ibarətdir ki, onlar bizim tələb etdiklərimizi təmin edə bilərlərmi?»

Kanal həmçinin CNN-in məlumatına istinadən bildirib ki, Den Keyn ABŞ Prezidenti Donald Trampa hərbi əməliyyatların daha da genişləndirilməsinin əks nəticə verə biləcəyini və Vaşinqtonun müharibədən çıxış yolu tapmalı olduğunu deyib. Məlumata görə, Keyn bu narahatlığını ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə də bölüşüb.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …