Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Türkiyə mövcud bəzi ağır silahlarını Ukraynaya göndərməyə hazırlaşır

GADTB: Türkiyə inventarındakı bəzi ağır silah sistemlərini Ukraynaya təhvil vermək üçün ABŞ-dan yenidən ixrac icazəsi istəyib. Bu barədə “Defenceturk” saytı məlumat yayıb.

ABŞ Konqresinin 6 avqust 2026-cı il tarixli rəsmi qeydlərinə görə, Ankara Ukraynaya 12 M270 reaktiv yayılım atəş sistemi, 70 ATACMS raketi, 47 min 203 mm DPICM top mərmisi və 2524 ədəd M26 raketi göndərməyi planlaşdırır.

Sənəddə Türkiyənin köhnə sistemləri inventardan çıxararaq maliyyə resurslarını modernləşdirməyə yönəltmək istədiyi bildirilir.

Transfer MKE, ASFAT və ARCA Savunma ilə yanaşı ABŞ və Bolqarıstan şirkətləri vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, ABŞ Dövlət Departamenti ümumi ilkin dəyəri təxminən 283 milyon dollar olan hərbi vasitələrin transferinə hazır olduğunu Konqresə bildirib. Təhvil prosesi 30 günlük qanuni bildiriş müddəti başa çatdıqdan sonra başlaya bilər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …