Çərşənbə axşamı , İyul 8 2025
azfa

Tehran İrəvanla siyasi və bölgəsəl məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsini vacib sayır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri iyulun 1-də xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşündə İran və işğalçı Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının keçirilməsi, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin vəziyyəti və eləcə də Qafqaz bölgəsində baş verənlər haqqında hesabat təqdim edib. 

Görüşdə Əmir Abdullahian iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında siyasi və regional məsələlər üzrə məsləhətləşmələr prosesinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

 O, müştərək komissiya çərçivəsində əldə olunmuş razılaşmaların, xüsusilə də İran və işğalçı Ermənistanın infrastruktur və enerji məsələlərində əməkdaşlığının davam etdirilməsi ilə bağlı lazımi tövsiyələr verib.

Həmçinin yoxlayın

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib. Görüşün gündəmində əsas …

İran Futbol Federasiyası “Traxtur” Klubuni cəzalanırıb

GADTB: İran Futbol Federasiyasının Apellyasiya Komissiyası yeni mövsümdə “Traxtur” komandasının Təbrizdə keçirilməsi planlaşdırılan oyununu ləğv …