Cümə axşamı , May 21 2026
azfa

Tehran və Kərəcdə Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tarixi Azərbaycan ərazisi olan Tehran və Kərəcdə Urmiya gölünün qurudulmasına etiraz olaraq vərəqələr yayılıb.

Azərbaycanlı milli fəallar iyulun 18-də Kərəc və Tehran vilayətinin Gülüstan şəhərlərində Urmiya gölünün qurudulmasına etiraz olaraq, şəhərlərin küçələrində çox sayda vərəqələr və posterlər yayıblar.

Həmin tarixi Azərbaycan ərazilərində divarlara yapışdırılab posterlərin üzərində “Burada 15 milyon nəfərin ölüm-dirim məsələsindən söhbət gedir”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Azərbaycan milli hərəkatı-Tehran” şüarları yazılıb.

Qeyd edək ki, iyulun 16-da Güney Azərbaycan şəhərlərində Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilmişdir. Əsas etiraz aksiyası Urmiya şəhərində keçirilmişdir.   Etirazçılar “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa  uduzdu” və s. şüarlar səsləndiriblər.

İran rejimi Urmiya, Təbriz, Qoşaçay və Sulduzda çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

İrana qarşı hərbi əməliyyatlardan sonra Çinlə ticarət ikinci ay ardıcıl kəskin azalıb

GADTB: Çin gömrük statistikasına əsasən, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra …

Sayın Mikayil bəy Oytanın Sidneydə keçirilən 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik …