
GADTB: 2018-ci ilin may ayının 22-də hər zaman olduğu kimi saat 4-5 hüdudları (günortadan sonra – S.B.) Tehranda kitab almağa “Tehran bilim yurdu” qarşısındakı “Foruzende” pasajının ən aşağı qatında yerləşən “Əndişe-ye no” nəşriyyatının kitab yayını mağazasına baş çəkdikdə gördüm ki, 3-4 nəfər dükan qabağında karton qutulara kitab toplamaqdadırlar və kitab dükanı qarışıq haldadır!
“Əndişe-ye no” nəşriyyatının kitab yayımı məsulu sayın Yusif Fərzanə gərgin durumda kitab toplayanların əlinə baxırdı! Mən dükanın için keçmək istəyəndə kitab toplayanların biri mənə xitabən farsca: “Hac ağa məğaze tətile!” (Hacı ağa, mağaza bağlıdır – S.B.)
Mən təəccüb ilə cənab Fərzanənin üzünə baxanda o da qısa cümlə ilə dedi: “Bəli, …dükan tətildir!”
Sonra bildim ki, gəlib “Əndişe-ye no” kitab dükanından mücəvviz (icazə, lisenziya – S.B.) ilə çap olan Dr.Zehtabi, Dr.Heyət və mənim (Raşedi) kitablarımızı tamamilə toplayıb aparıblar və cənab Fərzanəyə də deyiblər ki, bundan sonra bu 3 nəfərin kitablarını satmamalısan!
Cənab Fərzanə deyib, bu kitablara “İrşad” idarəsi (mədəniyyət, nəşriyyat və çap işlərini senzura edən idarə mənasında – S.B.) lisenziya verib çap olmasına.
Deyiblər, lisenziya olsa da, sən satmamalısan!
Sonra zahirən cənab Fərzanə də məhkəməyə çəkilib və məhkəmənin son hökmü 3 milyon tümən cərimə və bir ay kitab dükanının tətili (bağlanması – S.B.) olmuşdur!
İndi həm o, 3 milyon cərimə verilib və həm bir ay dükanın tətili başlanıb!
Sayın Səməd Bayramzadənin facebook səhifəsindən