Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İsrail İranın Suriyada hərbi bazalarına hava zərbələri endirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələri İranın Suriyanın Hüms vilayətində yerləşən T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Hücumların İrandan yük təyyarəsi vasitəsilə həmin bazaya silah-sursat daşındığı an həyata keçirilib.

hücum nəticəsində ölən və xəsarət alan olmayıb. Agentlik bu bazadan İran hərbçilərinin, eləcə də onlara bağlı terrorçu şiə yaraqlıların istifadə etdiyini bildirir.

Hava hücumundan müdafiə sistemlərinin bir neçə raketi məhv etdiyini iddia edib.

Qeyd etmək lazımdır ki, sözügedən hərbi baza tarixi Palmira şəhərinin şərqində, Tiyas kəndi yaxınlığında yerləşir.

Son iki il ərzində İsrail HHQ dəfələrlə İranın Suriya və İraqda yerləşən mövqelərinə hücum edib. Nəticədə onlarla “Sepahçı” və şiə yaraqlısı həlak olub. İran bu hücumlara reaksiya verə bilməyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın