Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğuna Tehran tərəfindən yol verilməyəcəyini bildirib.

Şirqulami İrəvanda keçirilən “TRIPP Layihəsi haqqında düşüncələr” adlı elmi konfransda çıxış edərək layihənin icra mexanizmlərinin hələ tam formalaşmadığını və prosesin davam etdiyini deyib.

O, bu mexanizmlərin Ermənistanın milli suverenliyi və ərazi bütövlüyünə, eləcə də İran-Ermənistan münasibətlərinə zərər verməyəcək şəkildə qurulmasının vacibliyini vurğulayıb.

Zəngəzur dəhlizinə qarşı olduqlarını bildirən İran diplomatı bunu Ermənistanın milli suverenliyinə zidd hesab etdiklərini deyib. Onun sözlərinə görə, Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün də “qırmızı xətt”dir. Şirqulami əlavə edib ki, Tehran ABŞ-nin İran sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik sahəsində mövcudluğuna dözməyəcək və İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə qətiyyətlə reaksiya verəcək.

Səfir, habelə, İran və Ermənistan arasında institusional kommunikasiya mexanizminin yaradılmasının vacibliyini qeyd edib. O, “Dörd yol” təşəbbüsünü dəstəklədiklərini, Culfa ilə Yerasax arasında dəmir yolu xəttinin yaradılmasının Ermənistan üçün yeni imkanlar aça biləcəyini bildirib.

Şirqulami Cənubi Qafqazda 3+3 formatında regional əməkdaşlığın inkişafını dəstəklədiklərini və regionun böyük dövlətlər arasında qarşıdurma meydanına çevrilməsini istəmədiklərini vurğulayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …