Cümə axşamı , Aprel 18 2024
azfa

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması əhalini qəzəbləndirib.

Tikantəpədə mühacir kürdlərin deputatı Həsən Himmətinin şəhər şuraları seçkilərində saxtakarlıq edərək seçilmiş türk şəhər şurası üzvü yerinə kürdün adını seçilənləri siyahısına daxil edib.

Məlumata görə 1yunun 19-u şəhər şuralarına keçirilən səsvermənin nəticələri bəlli olub. Sosial mediada qalib gələn namizədlərin adlarını öyrənən əhali İcra başçısının rəsmi şəkildə siyahını elan etməsini gözləyirdi. Seçkilərdə aşağıdakı şəxslərin qalib gəldiyi məlum olmuşdu:

1. Səccad Tahiri (türk)

2. Ruqəyyə Bərati (türk)

3. Səlahəddin Əmini (kürd)

4. Sirus Mürvəti (türk)

5. İrəc Abbasi (türk)

Lakin prezident seçkilərinin nəticəsi elan olunsa da, İcra Hakimiyyətində seçkilərə nəzarət heyətinin başçısı  olan kürd deputat Həsən Himməti şəhər şuralarında qalib gələn namizədlərin siyahısının elan olunmasına mane olub.

Həsən Himməti bütün imkanlarından istifadə edərək “Tikantəpə Birlik Səsi” qrupunun üzvü Behzad Ərcüməndinin adını qalib namizədlər siyahısından çıxararaq onun yerinə mühacir kürdlərdən olan Xalid Zareinin adını salmaq istəyib.

Ancaq sosial şəbəkədə onun saxtakarlıq planının ifşası bu hərəkətin qarşısını ala bilib.  

Bundan sonra isə həmin mühacir kürd deputat Behzad Ərcüməndinin adını əsas siyahıdan çıxararaq alternativ üzvlər siyahısına salıblar. Onun yerinə isə alternativ siyahıya düşmək üçün yetərli səs toplaya bilməyən İrəc Abbasının adını yazıb. Kürdlərin Azərbaycan şəhərində bu şəkildə terrorçu kürdlərin xeyrinə saxtakarlığı isə əhali arasında ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, Tikantəpədən əhalini aldadaraq deputat seçilən Həsən Himməti Tikantəpənin Çöplü kəndindəndir və ana tərəfdən kürddür. O, türklər arasında özünü türk kimi qələmə verib, lakin terrorçu kürdlərin tərəfdarıdır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …