Şənbə , Dekabr 28 2024
azfa

Tikantəpədən olan xain deputat yerli əhalini işdən çıxarıb mühacir kürdləri vəzifəyə qoyur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsindən olan rejimə bağlı xain deputat Həsən Himməti yerli vəzifəliləri işdən qovaraq Azərbaycanın torpaqlarına göz dikmiş mühacir kürdləri burada vəzifəyə gətirir.

Tikantəpə və Sayınqala bölgələrindən molla rejimi deputat təyin etdiyi həmin şəxs Süleymanın Taxtı (keçmiş Suğurlu) Tarixi Kompleksinin müdirini işdən qovaraq Sənəndəc sakini, milliyyətcə kürd olan Məhəmməd Əminianı onun tutduğu vəzifəyə gətirib.

Azərbaycan türkü olan Əmir Mətlubi kompleksin idarəçiliyində illərlə stajı olduğu halda Məhəmməd Əminian bu sahədə ixtisas sahibi deyil. Lakin molla rejiminin Anti-azərbaycan siyasəti istiqamətində həmin kürd Azərbaycan şəhərində vəzifəyə gətirilib.

Himməti kürd terrorist qrupları ilə sıx əlaqələrə də malikdir. O cümlədən, həmin terrorist qruplarda yüksək yer tutan Mansur və Məhəmməd Rəhimian onun əsas məsləhətçiləri hesab olunurlar.

O, həmçinin azərbaycanlı fəalların “Tikantəpənin Birlik Səsi” Kompaniyası ilə himayə etdikləri və Tikantəpə Şəhər Şurasına seçilmiş Behzad Ərcməndini şəhər şurasına üzvlükdən uzaqlaşdırıb.

Himməti ötən 4 il ərzində yüzlərlə yerli Azərbaycan türkünü şəhərin müxtəlif idarələrindən, o cümlədən banklar, səhiyyə və  müalicə şəbəkəsindən kənarlaşdırmaqla terrorist qrupların tövsiyyə etdikləri etnikləri onlarla əvəz etdirib.

Molla rejimi özünə bağlı belə manqurt və xainləri hakimiyyətə gətirməklə Güney Azərbaycan qərb bölgəsini kürdlləşdirməyi qarşı məqsəd qoyub və bu qeyri-insani planını həyata keçirir.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …