Bazar ertəsi , İyul 20 2026
azfa

Tiraxtur tərəfdarları Tehranda Çinin uyğur türklərinə qarşı zülmünü pislədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün dekabr ayının 28-də Güney Azərbaycanın Tiraxtur komandasının tərəfdarları Tehranda keçirilən yarış zamanı Çinin uyğur türklərinə zülmü və soyqırımını pisləyiblər.

Məlumata görə, Tiraxtur tərəfdarları Tehranda keçirilən Traxturla Peykan komandalarının yarışı zaman üzərində “Doğu Türküstana özgürlük” və “Çin terrorist ölkədir” şüarları yazılmış parça qaldırmaqla Çinin uyğur türklərinə qarşı zülmünü pisləyiblər.

Qeyd edək ki, bundan öncə isə Məsud Özil Çinin uyğuyrlara qarşı irqçiliyini pisləmişdir.

Keçirilən yarış isə 3-2 hesabı ilə Traxturun qələbəsilə sona çatıb.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın