Cümə axşamı , Dekabr 26 2024
azfa

Tramp anlaşmaları pozan Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinin “APA” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib.

Bu barədə “Politico” Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrə görə, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

“Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya hökumətinin iqtisadi planlarını dəyişdirməkdir”, deyə mənbə vurğulayıb.

Həmçinin yoxlayın

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a …

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran …

Bir cavab yazın