Çərşənbə , Avqust 12 2026
azfa

Tramp İranın Səudiyyə Ərəbistanına raket atdığını iddia edib

GADTB-nin mətbuat mərkəzinin xarici mətbuata istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib. Tramp deyib: “Mənim fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bu barədə bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”.

Noyabr ayının 4-də axşam saatlarında isə Ərəbistan mətbuatı Yəməndən Riyaza ballestik raket atıldığını və Riyaz yaxınlığında həmin raketin vurulduğu barədə məlumat yaymışdı. Məlumata görə raket Məlik Xalid hava limanının şimalında vurulub.

İranın himayə etdiyi husilərin Ənsarullah qüvvələrinin sözçüsü Əbdüssəlan isə twetter hesabında yazıb ki, “dəfələrlə demişik təcavüzkar qüvvələrin paytaxtı bizim raketlərimizin atış məsafəsindən uzaqda deyil”.

Qeyd edək ki, Səudiyyə qüvvələri bundan öncə də Məkkə yaxınlığında başqa bir raketi vurub salmışdılar.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

İlham Əliyev: “TRIPP layihəsinin icrasına artıq başlanılıb”

GADTB: Üç gün əvvəl – avqustun 8-də Prezident Trampla söhbət zamanı bu məsələyə də toxunuldu …