Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche markalı avtomobilin aşkar edilərək müsadirə olunduğunu açıqlayıb.

Kerman Polis İdarəsinin rəisi Əkbər Nəcəfinin sözlərinə görə, avtomobil xüsusi nəzarət və axtarış qrupları tərəfindən şəhər daxilində müəyyən edilib.

Məlumata əsasən, İranın Məhkəmə-Ədliyyə Sistemi əvvəlcədən Sərdar Azmunun “düşmənlə əməkdaşlıq etmək” ittihamı ilə bağlı aktivlərinin müsadirə olunmasına qərar vermişdi.

Bildirilir ki, futbolçunun ictimai mövqeyi və sosial media paylaşımları onun milli komandada karyerasına da təsir edib və o, 2026-cı il Dünya Kubokunda iştirak edə bilməyib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …