Traxtur komandası “Azərbaycan Traxtur”u kimi rəsmi qeydiyyata alındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur Komandasının adı rəsmən “Azərbaycan Traxturu” şəklində qeydiyyata alınıb.

Artıq “Təbriz Traxturqayırma İdman və Mədəniyyət Klubu”nun adı rəsmi olaraq “Azərbaycan Traxturu İdman və Mədəniyyət Klubu” kimi qeydiyyata alınıb.

Qeyd edək ki, Azərbaycanın “Traxtur” tərəfdarlarının tələbi və klubun sahibi Məhəmmədrza Zenuzinin qərarı ilə klubun adı iyunun 22-də “Azərbaycan Traxturu” ilə dəyişdirilmişdir.

Komanda tərəfdarları “Traxtur” klubunu bütün Azərbaycana aid olduğunu önə çəkərək belə bir tələbi irəli sürmüşlər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın