Çərşənbə axşamı , İyul 8 2025
azfa

Traxturun Asiyanın ən populyar komandası seçilməsi dünya mətbuatında; İran mətbuatı baykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandasının Asiyanın ən populyar komandası seçilməsi dünya mətbuatında geniş şəkildə işıqlandırılıb.

Türkiyə və Azərbaycan Respublikasının mətbuatından əlavə beynəlxalq mətbuat, o cümlədən “Bein Sports” televiziya şəbəkəsinin saytı da xəbəri geniş şəkildə işıqlandırıb.

Sayt yazıb ki, 2020-ci ilin sonunda Konfederasiyanın rəsmi saytında (the-AFC.com) keçirilən sorğuda Traxtur 51.14 faiz səsləri qazanmaqla ən populyar komanda seçilib.

Eyni zamanda Türkiyənin və Azərbaycanın mətbuat orqanlarında da bu xəbər geniş işıqlandırılıb.

Lakin İran mətbuatı Antiazərbaycan mövqe sərgiləməklə Asiya üzrə ən popoliyar və çox tərəfdarı olan futbol komandası seçilən Traxturun uğurunu qərəzli şəkildə baykot edib.

Yalnız İranın “Şəbəkə 3” kanalı xəbəri Azərbaycanın Traxtur komandası sözünü işlətmədən bu şəkildə şəkildə əks etdirib: “İran futbol komandası AFC-nin keçirdiyi səsvermədə birinci olub”.

Həmçinin yoxlayın

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib. Görüşün gündəmində əsas …

İran Futbol Federasiyası “Traxtur” Klubuni cəzalanırıb

GADTB: İran Futbol Federasiyasının Apellyasiya Komissiyası yeni mövsümdə “Traxtur” komandasının Təbrizdə keçirilməsi planlaşdırılan oyununu ləğv …