Cümə , Dekabr 27 2024
azfa

Türk Dövlətləri Təşkilatı Bakı və İrəvanın birgə bəyanatını alqışladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb. Bu barədə TDT məlumat yayıb.

“Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxaracaq birbaşa dialoq yoluna töhfədir.

Həmçinin bildirilib ki, bəyanat münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin təzahürüdür.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …