Çərşənbə , Oktyabr 14 2026
azfa

Türk Dövlətləri Təşkilatı (TDT) fəallığını artıracaq

GADTB: Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı planlar arasında diplomatların sayının artırılması da var.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Hər il TDT gündəliyində tədbirlərimiz zənginləşir. Bu gün təşkilat tamamilə fərqli bir gücə, faktora çevrilib. Planlar sırasında katibliyin potensialının artırılması, diplomatlarının sayının artırılması da var.

Katiblik yanında daimi nümayəndələr institutunun formalaşması təşkilatın işinə əlavə dinamika qatacaq”.

Hakan Fidan isə bildirib ki, TDT-nin daha funksional hala gətirilməsi stratejik bir addımdır.

“21-ci əsrin ilk illərindən etibarən Türk dövlətlərinin əsas faktor olduğunu görürük. TDT-nin daha funksional hala gətirilməsi stratejik bir addımdır”, – o bildirib.

Nazirin sözlərinə görə, TDT əməkdaşlığını və layihələrini daha da inkişaf etdirmək üçün çalışılır.

“2025-ci ildə də daha öncəki fəaliyyətlərimizi bir addım daha irəli aparacağıq. Üzv dövlətlərin ikili və üçlü layihələri də mövcuddur. Bu da özlüyündə təşkilatın gücünü artırır. Bir birimizlə əməkdaşlığın ortaya çıxardığı uğur millətlərimizin rifahına da təsir göstərir”,- deyə H. Fidan bildirib.

Hakan Fidan, həmçinin, 2025-ci ildə TDT-nin növbəti Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini də bildirib.

Həmçinin yoxlayın

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …