Cümə axşamı , Oktyabr 24 2024
azfa

Türk dövlətlərinin Şuşada toplantısı keçiriləcək

GADTB: Azərbaycan prezidenti İlham Əliyevin təklifilə keçirilməsi qərara alınan sammitdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanın prezidentləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək

İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçıları və yüksək vəzifəli şəxsləri qeyri-rəsmi zirvə toplantısında bir araya gələcək.

Azərbaycan prezidenti İlham Əliyevin təklifilə keçirilməsi qərara alınan sammitdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanın prezidentləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək.

Türkiyəni vitse-prezident Cevdet Yılmazın təmsil edəcəyi tədbirdə TDT-nin müşahidəçi ölkələri – Türkmənistan, Şimali Kipr Türk Respublikası (ŞKTR) və Macarıstanın başçıları da olacaq.

Sammitdə liderlər Mərkəzi Dəhliz və digər nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələsini və Azərbaycanın noyabrın 11-22-də ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 29 Tərəflər Konfransına (COP-29) hazırlıq məsələlərini müzakirə edəcəklər.

TDT layihələri ilə bağlı bir sıra sənədlərin təsdiqlənəcəyi tədbirdə dövlət başçıları Qarabağ Bəyannaməsini də imzalayacaqlar.

TDT Xarici İşlər Nazirləri Şurası da Şuşada toplanaraq sammitin gündəliyindəki məsələləri müzakirə edəcək.

Tədbir dövlət başçılarının imzalayacağı sənədlərlə yekunlaşacaq.

Həmçinin yoxlayın

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türk ölkələri Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlıq planı imzaladılar

GADTB: Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə …