Çərşənbə , Oktyabr 28 2026
azfa

Türk dövlətlərinin TV-lərinin bir-birinin ərazisində yayımlanması təklif edilir

Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantında çıxışı zamanı deyib ki, “bu gün real nəticələr verən müştərək təşəbbüslərə fokuslanmaq vacibdir”.

Kanat İskakov müştərək təşəbbüslərə misal olaraq TDT-yə üzv dövlətlərin televiziya kanallarının biri-birinin ərazisində yayımlanmasını, dövlətlərin tarixini, mədəniyyətini, turizm və investisiya potensialını təbliğ edən bədii, sənədli filmlərin istehsalını, uşaqlar üçün kontentləri, süni intellektin istifadə etikası, məlumatların qorunması və manipulyasiyaya qarşı mübarizə üzrə birgə tövsiyələr hazırlanmasını göstərib.

“Bütün təşəbbüsləri həyata keçirsək, əməkdaşlığımızı və fəaliyyətimizi yeni səviyyəyə qaldıracağıq və düşünürəm ki, bunun üçün böyük potensialımız var”, – nazir müavini qeyd edib.

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …