Bazar , Noyabr 15 2026
azfa

Türk dünyasının ortaq televiziyası yaradılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı deyib ki, türk dünyasının ortaq televiziyası yaradılacaq.

O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib.

Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türk ölkələrinin jurnalistləri ilə müzakirələr aparılıb.

Eyvazlı deyib: “İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın