Cümə , Aprel 26 2024
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəala şeir həsr olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-milla rejiminin günahsız yerə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Tövhid Əmir Əminiyə dəstək məqsədilə ona şeir həsr olunub.

Qeyd edək ki, Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə Kiyanuş Aslani ilə birlikdə 2019-cu il fevralın 20-də Tehranda irqçi fars rejimin məmurları tərəfindən yaxalanıb.

Heç bir günahı olmayan azərbaycanlı fəallar şərlənərək, rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunublar.

Rejimin saxta ittihamları ilə Əmir Əmini birinci ittihamdan 7.5 il, ikinci ittihamdan 18 ay həbs cəzasına məhkum edilib.

Tehran Apelyasiya Məhkəməsi Tövhid Əmir Əminiyə “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət vermiş, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Koronavirus pandemiyası ilə əlaqədar rejim həmin günahsız azərbaycanlı məhbusu zaminə də buraxmayıb. Azərbaycanlı fəallar isə Tövhid Əmir Əmiyə şeir həsr ediblər. Həmin şeiri təqdim edirik:

Bir gün bu qaranlıqda işıqlandın ay oldun

Yurdun boğazında tutulan səsdə hay oldun

İstirdi(istəyirdi) qurutsun bu qoca torpağı yadlar

Qatdın özünü eldə bulaqlarda çay  oldun

Hər yerdə çıxıb qarşı, olan zülmə dayandın

Nahaq dolanan dillərə əlhəq ki vay oldun

Haqq üstə savaşdıqca yonuldun ucalandın

Qalxıb günü gündən uca dağlarla tay oldun

Üsyan bunu bilmişdi önündə dura bilmir

Görmüşdü necə qışda sazaqlarda yay oldun

Olsun ki bu günlərdə uzaqsan bizə qardaş

Sən dustağa “Tövhid” vətən eşəqində pay oldun

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın