Türk (Göytürk) xaqanlığı

GADTB: Qədim türklər orta əsrlər zamanında da özdövlətçilik ənənələrini davam etdirmiş və regionda liderliyə sahib olmağı bacarmışlar..Orta əsrlər dövründə Mərkəzi Asiya bölgəsinin aparıcı dövlətlərindən biri də VI əsrin ortalarında Bumın və İstəmi qardaşları tərəfindən yaradılan Türk xaqanlığı idi.Özlərini aşina sülaləsindən hesab edən Türk xaqanlığının mərkəzi Orxon və Tovla çayının hövzələri idi.

Bumın xaqan Türk xaqanlığının ən önəmli “obraz“larından biri olmuşdur.Daha sonra hakimiyyətə onun oğlu Kara İssık keçsə də,əmisi Kuşunun müqaviməti nəticəsində hakimiyyətdən əl çəkmişdir.Hakimiyyətə gələn Kuşu öz ərazilərini genişləndirməyə çalışmış və bu səbəbdən də ətraf ərazilərində yaşayan türk məskənlərinə basqınlar etdi.. Birinci olaraq Qırğızların dövləti,daha sonra isə Mərkəzi Asiya və Qazaxıstan tutuldu..Bu qədər böyük bir ərazi…

Lakin, Kuşu “mübarizəni“dayandırmaq fikrində deyil..Onun ordusu daha da irəliləyərək Volqaya çatdı vəəə burada Eftalitlərlə müharibəyə girdi.Günü-gündən güclənən bu xaqanlıq Mərkəzi Asiyanı, Gurgan və Soqd vilayətlərini, Şimali Qafqazı, Qara dənizi və Azov sahillərini özünə tabe etməyi bacarmışdır.

580-ci ildə xanlığın Bizansla münasibətləri pozulur..Buna səbəb isə Krımın işğal edilməsi idi..Bu münasibətlər 598-ci ildə bərpa edilmiş oldu…

Xaqanlıq bir çox dövlətlərdə olduğu kimi bəlkə də ən çətin tarixi olayını 581-ci ildə yaşadı..Çünki məhz bu tarixdə xanlıq iki yerə – Qərbi Türk və Şərqi Türk Xaqanlıqlarına bölünmüşdür.

Yenə də xarici müdaxilələr,xarici dövlətlərin türklər arasında ədavət yaratması..Bu dəfə “baş rol“u Çinin Suy sülaləsi oynayırdı..584-cü ildə Çin məqsədlərindən birinə çataraq Şərqi Türk xaqanlığını özündən asılı vəziyyətə saldı..Qərbi Türk xaqanlığının taleyi isə daha acınacaqlı oldu..Belə ki,türkəşlərin Aşina-Sini öldürmələri nəticəsində xaqanlıq süqut etdi..

682-ci ildə Şərqi Türk xaqanlığı suverenliyinə qovuşmuşdur..692-ci ildə hakimiyyəti ələ keçirən Moço xan Çinə hərbi səfərlər edirdi..Zaman keçdikcə Çin sülalələri ətrafdan aldıqları köməyin sayəsində türklərə qarşı “repressiya“ları daha da artırırdı..Bu “köməkçilər“sırasında kidanlar və basmillər də var idi..Tonyukuk isə uğurlu siyasət yürüdərək basmilləri və Çini məğlub etdi.731-ci ildə Kül Tiginin ölümündən sonra Bilgə xaqan hakimiyyət rəhbəri olsa da,o da yaxın adamları tərəfindən zəhərlənərək həyatını sona yetirmişdir..744-cü ildə isə uyğurlar və karluklar Çinin yardımı ilə Ozmişi öldürür və bununla da II Şərqi Türk xaqanlığına son qoyulur..

Fəridə Həmidzadə

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın