GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd qüvvələri İraqın şimalında, türk şəhəri Kərkükdəki bəzi neft quyularına nəzarəti ələ keçirib.
Kürd qüvvələrinin texniki heyətlə birgə Şimal Neft Şirkətinin nəzarətində olan Bay Həsən yatağındakı bəzi neft quyularına nəzarət etdikləri bildirilib.
Kürd qüvvələrin nə vaxt gəldiyi və hələ də orada olub-olmaması barədə məlumat verilməyib.