GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada “Türkcə Divanlar Sərgisi” açılıb.
Sərgidə Nəsimi, Fizuli, Xətai və digər Azərbaycan şairlərinin divanları da nümayiş olunur. Türkiyənin Milli Kitabxanasının sərgi salonunda açılan sərgidə keçmişdən bu günümüzədək türkcə yazılan divanlar nümayişə çıxarılıb.
Açılış mərasimində çıxış edən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri Dərya Örs sərginin türk xalqlarının zəngin divan ədəbiyyatının yeni nəsillərə çatdırılmasına böyük töhfə verəcəyinə inamını ifadə edib.
Türk Dil Qurumunun sədri Mustafa Kaçalin bildirib ki, sərginə 100-ə yaxın əsər təqdim olunub.