Bazar ertəsi , Fevral 9 2026
azfa

Türkiyə F 35 təyyarələri ilə bağlı açıqlama verdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-dan F-35 qırıcılarının alınması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, mənim bu barədə narahatlığım yoxdur. Çünki pulları ödənib, ətraflı bir müqavilədən söhbət gedir.

“Bu günə qədər bütün ödənişləri həyata keçirmişik. Bu anlaşma S-400 və ya başqa bir məsələ ilə bağlı deyil. “Mənim ürəyim sıxıldı, oynamıram” deyə biləcəkləri bir anlaşma deyil. Hüquqi öhdəlikləri var. ABŞ hökumətinin “vermirik” deyə bir təzyiqindən söhbət getmir. Biz NATO-nun əhəmiyyətli bir üzvüyük. Bütün bu ticarəti müttəfiqlərimizlə etmək istərdik. Ehtiyacımız varsa və bu ehtiyacı qarşılamalıyıqsa, mütləq təcili şəkildə bir yerdən qarşılayarıq. Bir əngəl, problem çıxacağını düşünmürəm”, – Çavuşoğlu bildirib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasını nəzərdə tutan qətnamə layihəsi qəbul edilib.

 

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın