Türkiyə lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren”i sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren” dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …