Türkiyə Mərkəzi Bankı Azərbaycan manatını“Ticarətə aid xarici valyutalar” siyahısına əlavə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib.

Bu barədə qərar Türkiyənin “Rəsmi qəzet”ində dərc olunub.

Bu qərarla TMB-nin manat və dirhəm alğı-satqısına yol açılıb.

Digər tərəfindən Türkiyə lirəsinin sürətlə bahalaşmaqda davam etdiyi bildirilir.

Hazırda 1 ABŞ dolları – 11,20 lirə nisbətindədir.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamadan sonra Türkiyə lirəsi dollar qarşısında bahalaşmağa başlayıb. Prezident çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələrin olacağını bildirmişdi.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …