Türkiyənın milli suverenlik və uşaq bayramını Stokholmda qeyd edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın və Türkiyənin İsveçdəki diaspor nümayəndələri Türkiyənın milli suverenlik və uşaq bayramını Stokholmda birlikdə qeyd ediblər.

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor fəalları, Azərbaycan səfirliyinin əməkdaşları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb, onu İsveçdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında birlik və həmrəyliyin gücləndirilməsi üçün yaxşı fürsət kimi dəyərləndirib.

Tədbir musiqi proqramı ilə davam edib. Azərbaycanlı müğənnilər Sevda Aliverdiyeva və Kamil Cəfərov bəstəkar, xalq və estrada mahnılarını ifa ediblər.

Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim iştirakçıların böyük marağına səbəb olub.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın