
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” PUA-ları sınaqlardan sonra ilk dəfə ictimaiyyətə açıq şəkildə birlikdə uçub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qızıl alma” və “Akıncı”ları F-16 və F-5 qırıcılarından ibarət SOLOTÜRK və “Türk ulduzları” müşayiət edib. Bildirilib ki, bu, dünya aviasiya tarixində bir ilkdir.
“Qızıl alma” PUA-sının Türkiyənin yeni “TCG Anadolu” gəmisindən ilk uçuşu 2025-ci ildə baş tutacaq.