
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri terrorçulara möhlətə əməl etsə də, PKK/YPG-li terrorçular son 36 saatda 14 terror hücumu həyata keçirib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi Tvitter səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo Ankarada Suriyada 120 saatlıq terrorçulara işğal etdikləri əraziləri tərk etmələri barədə möhlət verməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılığa gəlib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi