Cümə , Yanvar 3 2025
azfa

Türkiyə 50 minlik ordunu hazır vəziyytə gətirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Azad Suriya Ordusuna (ASO) hazır olun göstərişi verib. Türkiyə ordusu da “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları ilə təmizlədiyi bölgələrdə və İdlibdə hazır vəziyyətə gətirilib.

Bölgədə 30 min türk əsgəri və 50 min ASO döyüşçüsü hücum əmrini gözləyir.

“Yeni Şəfəq” qəzeti yazır ki, son 15 gündə türk ordusu Suriya sərhədində zirehli texnika və tank sayını iki qat artırıb.

Bütün bu hazırlığın səbəbi Rusiya və Əsəd rejiminin İdlibi bombalamasıdır.

ASO-ya verilən təlimatda döyüşçülərin və silah-sursatın sayı haqqında məlumat verilməsi və hazır olması qeyd olunub. Türkiyənin Suriyada terrorçulardan təmizlədiyi bölgələrdə yaratdığı “Milli ordu” adı altında birləşən 30 min ASO döyüşçüsünün 10 mini bölgədə saxlanılacaq, 20 mini isə İdlibə göndəriləcək. İdlibdəki bütün qruplarından yaradılmış “Vətən cəbhəsi” ordusunda isə 30 min döyüşçü var. Beləliklə, 50 min döyüşçü İdlibdə döyüşə hazır vəziyyətə gətiriləcək.

Təhlükəsizlik üzrə mütəxəssis Coşkun Başbuğ bildirib ki, türk ordusunun sərhədə toplanması sadəcə müdafiə xarakteri daşımır: “Hücum hər an başlaya bilər. İdlib üzərində baş verənlər Afrin və “Fərat qalxanı” bölgəsinə qarşı çirkin planları özündə birləşdirir. Türk ordusu bütün seçimləri masaya qoyub. Ərdoğanın “sadəcə baxmaqla kifayətlənməyəcəyik” sözləri də bundan xəbər verir”.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın