Türkiyə donanmasının yeni insansız gəmisi

GADTB: “Sefine Gəmiqayırma Zavodu”nun ev sahibliyi etdiyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlət nümayəndələrinin iştirakı ilə “Mavi Vətəndə Güc: Yeni Dəniz Platformalarının Təslim Edilməsi Mərasimi” keçirilib.

Mərasim ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüdrətini gücləndirəcək milli gəmiləri Türk Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilib.

Dəniz donanmasının ikinci ən böyük gəmisi olan “TCG DERYA”nın və dünyada elektron döyüş qabiliyyətinə malik ilk və yeganə pilotsuz suüstü nəqliyyat vasitəsi olan “MARLIN SİDA”nın şanlı Türk Dəniz Qüvvələrində istifadəsinə başlanılıb.

Qeyd edək ki, “Sefine Gəmiqayırma Zavodu”, “Kolin İnşaat” şirkətinin də daxil olduğu “Koloğlu Holding” tərəfindən yaradılıb.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …